“Bordo” Zidana müqavilə təklif etdi
11.05.2014 - 12:22
“Bordo” Zidana müqavilə təklif etdi

 

 

Fransanın “Bordo” futbol klubu “Real”ın baş məşqçisinin köməkçisi Zinəddin Zidana 2 illik baş məşqçi müqaviləsi təklif edib. Apasport.az saytının məlumatına görə, Əlcəzair əsilli məşhur fransalı futbolçu “Bordo” rəhbərliyi ilə görüşdə gələcəyi ilə bağlı Çempionlar Liqasının finalından sonra qərar qəbul edəcəyini bildirib.

 

41 yaşlı Zidan bundan əvvəl fransız klubları ilə müqavilə bağlayacağını rədd edib. “Bordo”dan əlavə Zidanla “Monako” da maraqlanır.

 

Zinəddin Zidan 2013/2014-cü illər mövsümünün “Real”ın baş məşqçisi Karlo Ançelottinin köməkçisi postunu tutur. Buna qədər o, 1998-ci ildən etibarən “Real”ın Akademiyasında işləyib.

 

Zidan 1992-1996-cı illərdə “Bordo”da oynayıb və sonra “Yuventus”a keçib.