“Borussiya” Subotiçlə bağlı qərarını verdi
04.12.2015 - 18:51
“Borussiya” Subotiçlə bağlı qərarını verdi

“Borussiya” rəhbərliyi komandadan gedəcəyi gözlənilən Neven Subotiçlə əməkdaşlığı davam etdirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Dortmund klubu serbiyalı müdafiəçini satmaq barədə düşünmür.

 

Bununla bağlı danışan Bundesliqa təmsilçisinin idman direktoru Mixael Tsork Subotiçin “Borussiya”da qalacağını bildirib: “Transferlər barədə danışmaq hələ tezdi. Çünki hazırda mövsümün ilk yarısı gedir. Ancaq Subotiçlə bağlı konkret deyə bilərəm ki, onu satmaq barədə düşünmürük”.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu 2008-ci ildən “Borussiya”nın formasını geyinir.