“Borussiya”nın futbolçusu “Qalatasaray”da
29.01.2014 - 07:30
“Borussiya”nın futbolçusu “Qalatasaray”da

Dortmund “Borussiya”sının gənc futbolçusu Koray Günter karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” 19 yaşlı müdafiəçini heyətinə qatıb.

 

İstanbul təmsilçisi bu keçid üçün dortmundlulara 1 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Almaniya millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən Günter 2008-ci ildən “Borussiya”dadır. O, cari mövsümdən əsas komandaya daxil edilib.