“Borussiya”nın müdafiəçisi sıradan çıxdı
05.02.2014 - 23:44
Dortmund “Borussiya”sının təcrübəli müdafiəçisi Mats Hummels zədə səbəbindən növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
“Fortuna” matçında xəsarət alan 25 yaşlı futbolçu bu gün tibbi müayinədən keçib. Sağ ayağında zədə aşkarlanan Hummelsin təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan futbolçu 2008-ci ildə digər Bundesliqa təmsilçisi “Bavariya”dan Dortmund klubuna keçib.
0
0