“Borussiya”nın tarixində ilk dəfə
23.10.2015 - 17:26
“Borussiya”nın tarixində ilk dəfə

Avropa Liqasının III turunun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın hesablamalarında “Qəbələ” ilə Bakıdakı oyunda het-trikə imza atan Pyer-Emerix Obameyanqda da xüsusi yer ayrılıb.

 

Almaniyanın “Borussiya” klubunun futbolçusu 2009-cü ildən indiki formatda keçirilən Avropa Liqasının 6 illik tarixində 37-ci het-trikin müəllifi olub. O, bu müddətdə yarışın əsas mərhələsində 3 qolu səfərdə vuran 11-ci oyunçudu.

 

Dortmund klubu isə Avropa Liqasında ilk dəfə het-trikə sevinib. “Boruussiya”nın 3:1 hesabı ilə qalib gəldiyi matça qədər Bundsliqa klubu qitənin 2-ci dərəcəli turnirində belə uğur qazanmamışdı.

0