[b]“Böyük oyun”: Dənizli Tomiçi ehtiyata göndərdi[/b]
29.03.2014 - 16:18
[b]“Böyük oyun”: Dənizli Tomiçi ehtiyata göndərdi[/b]

Topaz Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Xəzər Lənkəran” oyununun heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, meydan sahibləri “Böyük oyun”a da kapitansız çıxıb.

 

Belə ki, Böyükağa Hacıyevin əvəzedici komandaya yolladığı Rəşad Sadiqov yenə əsas heyətə lazım olmayıb. Onun əvəzində kapitan funksiyasını Mahir Şükürov icra edəcək.

 

“Xəzər Lənkəran”ın heyətində isə Orxan Sadıqlının start heyətinə qayıdışı diqqət çəkir. Son 3 matçda qapıda dayanan Vyekoslav Tomiç ötən turda 3 qol buraxdıqdan sonra yerini Orxana qaytarıb.

 

 

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Pavels Doroşevs, 3. Denis Silva, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov
Baş məşqçi: Böyükağa Hacıyev

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tieqo de Xesus, 10. Elnur Abdullayev, 11. Zohair Banouahi, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 16. Adrian Pit, 30. Elias Ribeiro, 55. Ağabala Ramazanov
Baş məşqçi: Mustafa Dənizli