Topaz Premyer Liqasında XXIX turun oyunları televiziya vasitəsilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “İdman Azərbaycan” kanalı aprelin 9-da baş tutacaq turun iki matçını tamaşaçılara canlı təqdim edəcək.
Öncə saat 17:00-dan etibarən “Qarabağ” – AZAL matçını göstərəcək kanal bundan iki saat sonra startı veriləcək “Qəbələ” – “Simurq” qarşılaşmasını da yayımlayacaq. Maraqlıdı ki, “Xəzər Lənkəran” – “Neftçi” matçının yayımı yenə nəzədə tutulmayıb. Lakin azarkeşlər “Lənkəran TV” saytı vasitəsilə bu görüşü izləyə biləcəklər.
Qeyd edək ki, XXIX turun digər oyununda “Sumqayıt”la “Bakı” münasibətlərinə aydınlıq gətirəcəklər.