“Böyük oyun” FİFA referilərinə verilmədi
09.02.2015 - 17:42
“Böyük oyun” FİFA referilərinə verilmədi

Topaz Premyer Liqasında XXI turun hakim təyinatları açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Böyük oyun” kimi məşhurlaşan “Neftçi” – “Xəzər Lənkəran” matçı FİFA referilərindən heç birinə tapşırılmayıb.

 

AFFA Hakimlər Komitəsi bu görüşü Ramil Diniyevə həvalə edib. Maraqlıdı ki, aparıcı hakimlərdən yalnız Əliyar Ağayev təyinat alıb. Həmçinin yeni FİFA referisi Orxan Məmmədova da etibar edilib. Vüsal Əliyev, Fariz Yusifov və Rəhim Həsənov isə kənarda qalıblar.

 

XXI tur

 

10 fevral (çərşənbə axşamı)

“Simurq” - “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər:  Rəhim Həsənov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

 

11 fevral (çərşənbə)

“Neftçi” - “Xəzər Lənkəran”

Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

 

AZAL - “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər:  Vüsal Əliyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-İnspektor: Şahin Cəfərov

 

“Bakı” - “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov 

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov