Topaz Premyer Liqasında XXVIII turun 2 görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun gününün matçları Bakıda baş tutub.
Bir gün əvvəl öz meydanında AZAL-ı məğlub edən “Sumqayıt”ın yolu ilə gedən ev sahibləri günü itkisiz başa vurublar. Belə ki, paytaxtdakı hər iki qarşılaşmada qonaqlar məğlub olublar.
Əvvəl meydana “Bakı” və “Simurq” çıxıb. Mükafatlar uğrunda mübarizə aparan paytaxtın eyniadlı təmsilçisi 6 turdur uduzmayan zaqatalalıların seriyasını dayandırıb. İki qol üstünlüyü əldə etdikdən sonra azlıqda qalan Milinko Pantiçin yetirmələri 1 top buraxsa da, qələbəni əldən verməyib.
“Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilən “Böyük oyun”un taleyini isə 1 qol həll edib. Ernest Nforun qolu ilə ardıcıl 4-cü qələbəsini qazanan Böyükağa Hacıyevin yetirmələri bir neçə saatlıq 2-ci yerə yüksələn “Bakı”nı arxada qoyub. Son 5 turda meydanı qolsuz tərk etməyən “Xəzər Lənkəran”ın bu uğurlu seriyası isə məğlubiyyətlə qırılıb.
Qeyd edək ki, tura sabah baş tutacaq 2 matçla yekun vurulacaq.
29 mart (şənbə)
“Neftçi” – “Xəzər Lənkəran” - 1:0
Qol: Ernest Nfor, 78
İlk 3 dövrədəki oyunlar: 0:0, 4:1, 2:2
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
“Bakcell Arena” stadionu
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Pavels Doroşevs, 3. Denis Silva, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov
Baş məşqçi: Böyükağa Hacıyev
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tieqo de Xesus, 10. Elnur Abdullayev, 11. Zohair Banouahi, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 16. Adrian Pit, 30. Elias Ribeiro, 55. Ağabala Ramazanov
Baş məşqçi: Mustafa Dənizli
“Bakı” – “Simurq” - 2:1
Qollar: Namiq Ələsgərov, 12; İdan Vaytsman, 22 (öz qapısına) - Draqan Çeran, 81
Qırmızı vərəqə: Vüqar Mustafayev, 44
İlk 3 dövrədəki oyunlar: 3:0, 3:2, 1:0
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
“Bakı”: 1. Aqil Məmmədov, 12. Araujo Santos, 3. Yure Travner, 5. Ruben Qonzalez, 4. Mario Alvarez, 22. Namiq Ələsgərov, 23. Lukas Mario Horvat, 31. Vüqar Mustafayev, 8. Cavid Hüseynov, 17. Risto Ristoviç, 11. Rauf Əliyev (k)
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 34. Şəhriyar Əliyev, 21. Elvin Məmmədov, 10. Aleksandar Soliç, 15. Alberto Noquera, 7. Əfran İsmayılov, 20. Tural Qürbətov
Baş məşqçi: Milinko Pantiç
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin, 77. Nicat Qurbanov
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 22. Salif Ballo, 55. İlqar Hüseynov
Baş məşqçi: Georgi Çixradze
30 mart (bazar)
17:00 “İnter” – “Rəvan”
İlk 3 dövrədəki oyunlar: 5:1, 3:2, 2:1
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov
“Şəfa” stadionu
18:00 “Qarabağ” – “Qəbələ”
İlk 3 dövrədəki oyunlar: 1:0, 4:3, 1:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
|
|
komanda | o | q | h | m | t | x |
|
1
|
Qarabağ
|
27
|
17
|
7
|
3
|
50-14
|
58
|
|
2
|
Neftçi
|
28
|
15 |
6
|
7
|
41-33
|
51
|
|
3
|
Bakı
|
28
|
14
|
6
|
8
|
45-30
|
48
|
|
4
|
İnter
|
27
|
13
|
6
|
8
|
41-31
|
45
|
|
5
|
Qəbələ |
27
|
13
|
5 |
9
|
37-28
|
44
|
|
6
|
Simurq
|
28
|
10
|
9
|
9
|
31-22
|
39
|
|
7
|
Xəzər L | 28 |
8
|
10
|
10
|
28-39
|
34
|
|
8
|
AZAL
|
28
|
6
|
8
|
14
|
27-42
|
26
|
|
9
|
Rəvan
|
27
|
3 |
8
|
16
|
15-46
|
17
|
|
10
|
Sumqayıt
|
28
|
3
|
7
|
18
|
18-48
|
16 |
Bombardir: Reynaldo (Qarabağ) - 15