“Böyük oyunlar” rəqəmlərdə: “Xəzər Lənkəran” evdə “Neftçi”yə uduzmur
05.02.2014 - 16:43
“Böyük oyunlar” rəqəmlərdə: “Xəzər Lənkəran” evdə “Neftçi”yə uduzmur

 

Topaz Premyer Liqasının XX turu “Xəzər Lənkəran”ın 2014-cü ildə ilk ev oyunu ilə əlamətdar olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, prinsipial rəqibi “Neftçi” ilə 32-ci dəfə üz-üzə gələcək “ağ-yaşıllar” “Böyük oyun” kimi tanınan duellərdə növbəti qələbəsini qazanmağa çalışacaqlar.

İndiyədək baş tutan 31 oyundan 27-si çempionat, 3-ü kubok yarışlarına, 1-i də Superkuboka təsadüf edib. Ümumilikdə, komandalar 13 dəfə meydandan heç-heçə ilə ayrılıb. Bunların 11-i çempionat, 2-si kubokda qeydə alınıb. Qələbələrin sayına gəlincə, burada tarazlıq hökm sürür.

 

Həm “Xəzər Lənkəran”, həm də “Neftçi” 9 dəfə rəqibindən üstün olub. Lənkəranda qazanılacaq qələbə yubiley – 10-cu olacaq. Top fərqində paytaxt təmsilçisi üstündür. Bakılılar 33, “ağ-yaşıllar” 28 dəfə rəqib qapısına yol tapıb.

Ayrı-ayrı yarışlar üzrə isə “Neftçi” çempionatda, “Xəzər Lənkəran” kubok və Superkubokda üstünlüyə malikdir. Bütün qələbələrini çempionatda əldə edən bakılılar 9 dəfə 3 xala sevinib. 1 qələbəsi kuboka, 1-i Superkuboka təsadüf edən “Xəzər Lənkəran” 7 dəfə çempionat oyununda üstün tərəf olub.

“Neftçi” ilə ev oyunlarında “Xəzər Lənkəran” böyük üstünlüyə malikdir. Öz meydanında 6 qələbə qazanan və eyni sayda heç-heçə edən komanda cəmi 2 dəfə doğma azarkeşlərinə məğlubiyyət acısı yaşadıb. Sonuncu dəfə evdə alınan məğlubiyyət 2007-ci ilə təsadüf edib. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar 7 top vurub.

“Böyük oyun”larda vurulan 61 qola 41 futbolçu imza atıb. “Xəzər Lənkəran”ın 21, “Neftçi”nin 20 oyunçusu bu qarşılaşmalarda fərqlənib. “Neftçi”də oynadığı vaxt Ruslan Abışov “Böyük oyun”lardakı yeganə avtoqola üzülüb.

Bu görüşlərin ən məhsuldar oyunçusu Flavinyodur. Onun hesabında 7 qol var. “Neftçi”nin digər üzvü Zaur Tağızadə isə 4 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə Julius Vobaydır – 3 qol. Bahodir Nasimov cənubluların qapısına eyni sayda qol vurub. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov, Etame Mbilla “Xəzər Lənkəran”ın, Nikolas Kanales və Svetoslav Stefanov isə “Neftçi”nin heyətində 2 qol vurublar.

“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar

Azərbaycan çempionatı

2004/05 mövsümü


08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”

10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/06 mövsümü

18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü

11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

2007/08 mövsümü

10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/09 mövsümü

19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/10 mövsümü

İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

2010/11 mövsümü

İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz

13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Azərbaycan kuboku, 1/4 final

03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan

08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio

Azərbaycan çempionatı
Final mərhələsi

18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro

18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay

2011/12 mövsümü

İlkin mərhələ
10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov - öz qapısına

06.11.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 5:0
Flavio Aleks Valensio (2), Bahodir Nasimov (2), Fərid Quliyev

Final mərhələsi

24.03.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Ruslan Abışov - Rahid Əmirquliyev

22.04.2012. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Rikardo Qomeş

2012/13 mövsümü

İlkin mərhələ

15.09.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Nikolas Kanales, Flavio Aleks Valensio - Sadio Tounkara

14.12.2012. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Dmitrios Sialmas, Adrian Pit - Nikolas Kanales

Azərbaycan kuboku, final

28.05.2013. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0, p. 5:3

2013/14 mövsümü

25.08.2013. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

Azərbaycan Superkuboku
23.10.2013. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Etame Mbilla, 28; Rasim Ramaldanov, 90 - Karlos Kardoso, 68

Azərbaycan çempionatı
02.11.2013. “Neftçi” – “Xəzər Lənkəran” - 4:1
Bahodir Nasimov, 45, Mahir Şükürov, 65-pen., Ernest Nfor, 90, Flavinyo, 90+3 - Etame Mbilla, 90+1