“Braqa”nın futbolçusu “Qəbələ”də
22.07.2014 - 12:05
“Braqa”nın futbolçusu “Qəbələ”də

Növbəti mövsümün hazırlıqlarını Hollandiyada davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Apasport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, komandanın rumıniyalı baş məşqçisi Dorinel Muntyanu müqavilə ilə Portuqaliyanın “Braqa” klubuna məxsus olan, lakin son mövsümü icarə əsasında “Astra”da keçirən hücumçu Yazalde Qomeş Pintonu heyətə qatıb.

 

Futbolçu özü də bunu təsdiqləyib: “Düzdü, mən növbəti mövsüm “Qəbələ”nin heyətində oynayacağam. Ora icarə əsasında keçmişəm”.

 

Qeyd edək ki, Yazalde Qomeş Pinto Portuqaliyanın Vila-du-Kondi şəhərində doğulub. 1988-ci il sentyabrın 21-də dünyaya göz açan hücumçu peşəkar karyerasına “Varzim” klubunda başlayıb. Bundan sonra o, “Braqa”, “Rio Ave”, “Olyanense”, “Braga B”, “Beyra Mar” klublarının şərəfini qoruyub. Ötən mövsümü icarə əsasında Rumıniya “Astra”sında keçirən forvard bu komanda ilə 26 dəfə meydana çıxıb və 7 qola imza atıb. O, müqavilə ilə “Braqa”ya məxsusdur. Futbolçu karyerası ərzində ölkəsinin U-20 və U-21 millilərində çıxış edib.

0