“Rendall Brenesin Azərbaycanda üzləşdiyi uğursuzluqdan çəkinmirəm”
24.01.2014 - 12:40
“Rendall Brenesin Azərbaycanda üzləşdiyi uğursuzluqdan çəkinmirəm”

“Adamların mənim Azərbaycana getməyimi niyə bu qədər dərd etdiyini başa düşə bilmirəm. “İnter”ə keçdiyim üçün millidən uzaq düşəcəyimə inanmıram. Mən Rendall Brenesin Azərbaycanda üzləşdiyi uğursuzluqdan çəkinmirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “İnter” klubunun yeni futbolçusu Dieqo Madriqal deyib.

 

“Bankirlər”lə 2 illik müqavilə bağlayan oyun qurucusu hazırda yeni komandası ilə birgə Türkiyədə təlim-məşq toplanışındadır. Kosta-Rika mediasına danışan Madriqala millinin hücumçusu Rendall Brenesin də vaxtilə Azərbaycanda çıxış etdiyi, bundan sonra karyerasında enişin olması və yığmadakı yerini itirməsi göstərilib.

 

24 yaşlı futbolçu isə Kosta-Rika ilə Azərbaycan arasında olan məsafənin çoxluğuna baxmayaraq, yığmaya qayıdacağına inandığını bildirib: “Bu komanda ilə Avropa Liqasında çıxış etmək imkanım var. Burda özümü yaxşı göstərməklə, Avropa klublarının diqqətini cəlb edə bilərəm. Məsələn, klubum sonuncu dəfə bu turnirdə Norveçin “Tromsö” klubuna qarşı oynayıb. Fevralın 1-də isə bizi yerli çempionatda AZAL-la görüş gözləyir”.