“Bu, Bakıdakı məğlubiyyətə haqq qazandırmaq cəhdidi”
21.11.2015 - 15:40
“Bu, Bakıdakı məğlubiyyətə haqq qazandırmaq cəhdidi”

“21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Dmitri Xomuxanın futbolçuların özündənrazılığı ilə izah etməsi Bakıdakı məğlubiyyətə haqq qazandırmaq cəhdidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 21 yaşadək futbolçulardan ibarət millisinin sabiq baş məşqçisi Valeri Qladilin deyib.

 

O, AVRO-2017-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə Bakıda keçirilən oyunundakı 0:3 hesablı məğlubiyyətə görə futbolçuları özündənrazılıqda qınayan həmkarı Dmitri Xomuxanın cavabını verib: “Əgər həqiqətən də belə problem varsa, kütləvi ola bilməz. Bu tip oyunçuları millidən qovmaq lazımdı. Amma bir şey də maraqlıdı. Bu oyunçular niyə klublarında uğurlu çıxış edir, amma yığmada bacarığını nümayiş etdirmir?”.

 

Qeyd edək ki, noyabrın 17-də Bayıl stadionunda keçirilən qarşılaşmada Azərbaycan Rusiyanı 3:0 hesabı ilə məğlub edib.