“Bu, hələ ilk oyundu, özü də “Old Trafford”da...”
01.04.2014 - 10:09
“Bu, hələ ilk oyundu, özü də “Old Trafford”da...”

Bu gün Çempionlar Liqasının 1/4 finalının ilk oyunları çərçivəsində İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq “Bavariya”nın asan qələbə qazanacağını düşünənlər yanılırlar. Apasport.az xəbər verir ki, bunu Britaniya mətbuatına açıqlamasında münhenlilərin qapıçısı Manuel Noyer deyib.

 

Almaniya millisinin əsas qolkiperinin fikrincə, “qırmızı şeytanlar”ın hazırkı vəziyyətindən asılı olmayaraq, Çempionlar Liqasının bu mərhələsində asan rəqib olmur: “Mənə elə gəlir ki, “Mançester Yunayted”in təkcə adı ehtiyatlı davranmaq üçün yetərlidi. Biz rəqibə hörmət etməliyik. Yeri gəlmişkən, bizim asanlıqla qalib gələcəyimizi fikirləşənlər səhv edirlər. Bu, hələ ilk oyundu, özü də “Old Trafford”da. Hamının çox yaxşı xatırladığı stadionda...”

 

Qeyd edək ki, gecənin digər matçı “Nou Kamp”da iki İspaniya təmsilçisi – “Barselona” ilə “Atletiko” arasında olacaq.