[b]“Bu haqda danışmaq fikrim yoxdu” – Cavid İmamverdiyev[/b]
24.03.2018 - 01:48
[b]“Bu haqda danışmaq fikrim yoxdu” – Cavid İmamverdiyev[/b]

Milli komandamızın yarımmüdafiəçisi Cavid İmamverdiyev Belarusla matçdan sonra apasport.az saytının əməkdaşının suallarını da cavablandırıb.

 

- Matçın ən yaxşılarından biri kimi nə düşünürsən?

- Yaxşı oynadığımı düşünmürəm, çünki bundan da yaxşısını edə bilərdim. Hətta qol da vura bilərdim. Əlimdən gəldiyi qədər məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdım. Ümid edirəm ki, Qurban müəllimin etimadını doğruldaram.

 

- İki qol vəziyyətin olsa da, yararlana bilmədin. Nə mane oldu?

- İlk vəziyyətdə zərbəm yaxşı alınsa da, az fərqlə qapıdan aralı keçdi. İkinci epizodda isə qarşımdakı oyunçunu keçib zərbə vurdum. Onda da qapıçı yaxşı oynadı.

 

- Milliyə böyük ümidlərlə çağrılan Amil Yunanov fasilədə əvəzləndi. Bu, səndə ruh düşkünlüyü yaratmadı?

- O, mənim işim deyil. Bu haqda danışmaq fikrim yoxdu. Amma nəinki Amil, bütün oyunçuların yaxşı çıxış etməyini istəyirəm.

 

- Aranızdakı anlaşma “Sumqayıt”dakl kimi alınırdımı?

- Bəzən alınırdı, bəzən yox. Klubla milli fərqli sferalardı. Ona görə belə olmağı normaldı.

 

- Qurban Qurbanov hər iki oyunda sənə şans verib. Hiss edirsənmi, səninlə bağlı gələcək planları necədi?

- Baş məşqçimiz tək mənə yox, hamıya şans verir, imkan yaradır ki, hər kəs özünü göstərsin. Hər kəsə eyni baxır. Biz də çalışırıq ki, bu güvəni doğruldaq.

 

- Millətlər Liqası haqqında nə düşünürsüz?

- Zəif komanda yoxdu. Həmişə özümüzü rəqibdən zəif bilib ikiqat əzmlə oynamalıyıq ki, nəsə qazana bilək.