“Bu matç bizim üçün önəmlidi”
09.12.2014 - 20:07
“Bu matç bizim üçün önəmlidi”

“Bu matç bizim üçün böyük əhəmiyyətə malikdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.

 

Gənc çalışdırıcı Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Nou Kamp”da PSJ ilə oyunöncəsi fikirlərini bildirib: “Amma mən bu qarşılaşmanı mövsümün ən önəmli oyunu hesab etmirəm. Çempionlar Liqasının qalibi adına iddiaçılardan biri bizə qarşı mübarizə aparacaq. Paris klubu güclüdü. Onlar həm hücumda, həm də müdafiədə yaxşı çıxış edirlər. Mən qrupdan lider kimi çıxmağı üstün tuturam. Lakin ikicilik də faciə deyil”.

 

Qeyd edək ki, “Barselona” – PSJ matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.