“Bu oyunçunu hesabdan silmək düzgün deyil”
30.08.2014 - 21:56
“Bu oyunçunu hesabdan silmək düzgün deyil”

“Bu nəticə məni çox məyus etdi. Komandamız başdan sonadək oyuna nəzarət etsə də, iki gözlənilməz qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri  “Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu deyib.

 

Rumıniyalı mütəxəssis Topaz Premyer Liqasının IV turunun AZAL-la oyunundakı 1:2 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb: “Hər iki hissədə çoxlu qol epizodları yaratsaq da, topu qapıdan keçirmək üçün son vuruşu edə bilmirdik. AZAL yaxşı müdafiə olunurdu, onları qələbə ilə ancaq təbrik edə bilərəm. Komanda olaraq bu məğlubiyyəti unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq. Təəssüf ki, Kristea bu gün yaxşı çıxış etmədi, ona görə də əvəzləndi. Lakin 4 turdan sonra bu oyunçunu hesabdan silmək düzgün deyil. Komandamın hər bir oyunçusuna inamım var”.

 

Mənbə: pfl.az