“Bu posta namizəd olub-olmadığımı bilmirəm”
29.12.2014 - 09:43
“Bu posta namizəd olub-olmadığımı bilmirəm”

“Hələ bir təklif yoxdu, gözləyirəm. Təbii ki, işləmək istəyirəm. Amma təklif olmayandan sonra nə edə bilərəm?”. Bu sözləri apasport.az saytına açıqlamasında Vəli Qasımov deyib.

 

Azərbaycan futbolunun tanınmış simalarından olan Qasımov hazırda işsiz məşqçilərdəndi. Adı 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə birgə hallanan təcrübəli çalışdırıcı yeni yaradılan Məşqçilər Komitəsi haqda müsbət fikirlər səsləndirib: “Bu komitənin yaradılması çox yaxşı fikirdi. Məşqçilər Komitəsindəki bütün məşqçilər təcrübəli mütəxəssislərdi. Məncə, onların Azərbaycan futboluna köməkləri dəyəcək. O ki qaldı U-21 məsələsinə, mən həmişə hazıram. Amma bu posta namizəd olub-olmadığımı bilmirəm”.

 

Qeyd edək ki, Qasımov bu vaxta qədər əsas millidə köməkçi-məşqçi, U-19-da isə baş məşqçi funksiyasını yerinə yetirib. 

0