"Qış fasiləsinin olmaması ölkə futbolunda ən böyük problemdi”. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, bunu “Mançester Yunayted”in baş məşqçisi Lui van Qal deyib.
Hollandiyalı mütəxəssis hesab edir ki, qış fasiləsinin olmaması İngiltərə klubları ilə yanaşı, yığma komandanı da uğursuzluğa sürükləyir: “Bu amil klublara və yığmaya ciddi təsir göstərir. Bu prinsip mütləq dəyişdirilməlidi. İngiltərə millisi illərdi niyə heç bir uğur əldə edə bilmir? Çünki hər dəfə mövsümün sonunda futbolçular tükənirlər”.
Qeyd edək ki, Lui van Qal “Mançester Yunayted”in “sükanı” arxasına ötən ilin yayında keçib.