AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyununda zədələnən Marko Verratti Norveçlə bugünkü qarşılaşmanı buraxacaq. Apasport.az saytının məlumatına görə, bunu “Skuadra Adzurra”nın baş məşqçisi Antonio Konte açıqlayıb.
O bildirib ki, Fransa PSJ-sində çıxış edən yarımmüdafiəçinin xidmətindən istifadə etməyəcək. Konte bunu qarşılaşmanın əhəmiyyətinin qalmaması ilə də izah edib: “Marko Azərbaycanla qarşılaşmada zədələnib. Əgər Norveçlə qarşılaşma həlledici xarakter daşısaydı, mən Verrattinin sağlamlığı ilə risk edərdim. Amma bu qarşılaşma belələrindən deyil. Marko yığmaya sadiqliyini nümayiş etdirmiş futbolçudu”.
Qeyd edək ki, hesabında 21 xal olan İtaliya millisi son tur ərəfəsində ilk iki yerdən birini təmin edərək final mərhələsinə vəsiqə qazanıb.