“Bu qələbəyə aldanmamalıyıq”
04.09.2014 - 08:41
“Azərbaycan millisi ilə oyunda bütün futbolçularımız bacarığını tam ortaya qoydu. Kimisə fərqləndirmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu İqor Akinfeyev deyib.
Təcrübəli qapıçı Azərbaycan yığması ilə Moskvada keçirilən yoldaşlıq oyunu (4:0) haqda fikirlərini açıqlayıb: “Bizim bir komandamız var. Qələbəni də birlikdə qazanmalıyıq. Yığmamızın nə qədər dəyişdiyini demək mənlik deyil. Seçmə mərhələdə qarşılaşdığımız Azərbaycanı böyük hesabla məğlub etdik. Lakin çöx gözəl başa düşürük ki, bu qələbəyə aldanmamalıyıq”.
0
0