“Bu qərar həm Syomin, həm də “Qəbələ” üçün xeyirli olacaq”
26.05.2014 - 15:29
“Bu qərar həm Syomin, həm də “Qəbələ” üçün xeyirli olacaq”

“Klubla müqaviləmin müddətini uzada bilərəm”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin hücumçusu Daniel Subotiç deyib.

 

O, yeni müqavilənin tam detallarını istirahətdən sonra müzakirə edəcəyini bildirib: “Müqavilə haqqında klubla danışmışıq. Sadəcə, müqavilənin detalları qalıb. Bu barədə də danışıb hər şeyi açıqlayacağıq”.

 

Subotiç Syominin istefasına da münasibət bildirib: “Onun “Qəbələ”dən ayrılması gözlənilməz oldu. Mən məhz onun istəyi ilə bu komandaya gəlmişdim. Onun rəhbərliyi ilə biz avrokuboklara vəsiqə qazandıq. Komanda tarixində bir ilkə imza atdı. İnanıram ki, bu qərar həm Syomin, həm də  “Qəbələ” üçün xeyirli olacaq”.

 

Serb forvard Yuri Syominlə aralarında Azərbaycan kubokunun finalında yaşanan problemə də aydınlıq gətirib: “Elə şeylər hər oyunda ola bilər. Bu həmin matçın gərginliyindən irəli gəlirdi. Mən peşəkaram, işim futbol oynamaqdır. Kiçik bir dialoq oldu keçdi. Bunu şişirtmək lazım deyil. Syominlə aramızda ciddi bir problem olmayıb”.