“Bu qollar komandaya psixoloji təsir etdi”
31.08.2014 - 20:04
“Bu qollar komandaya psixoloji təsir etdi”

“Hər iki hissəyə yaxşı başlamadıq. İlk dəqiqələrdə qollar buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə səfər oyunundakı 1:2 hesablı məğlubiyyəti dəyərləndirib: “Lakin özümüzü itirmədik, qol epizodlarımız oldu. Bir qol vursaq da, ardını gətirə bilmədik. İkinci hissədə yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Müdafiənin diqqətsizliyi nəticəsində buraxdığımız qollar komandaya psixoloji təsir etdi”.

 

Mənbə: pfl.az