Türkiyə Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ötən gün daha 4 qarşılaşma baş tutub.
“Karabükspor” doğma publika önündə “Mersin İdmanyurdu” ilə üz-üzə gəlib. Oyun qonaqların 2:4 hesablı hesablı qələbəsi ilə yekunlaşıb və Mersin təmsilçisi növbəti mərhələyə adlayıb.
“Bursaspor” evdə “Başakşəhər”lə mübarizə aparıb. Əsas vaxtda hesab açılmayıb. Matça əlavə edilmiş 30 dəqiqədə isə komandalar hərəyə 1 dəfə fərqlənib. Penaltilər seriyasında bursalılar qalib gələrək, adını 1/4 finala yazdırıb.
“Beşiktaş” səfərdə yığmamızın üzvü Kamran Ağayevin formasını geyindiyi ”Kayserispor”la qarşılaşıb. Görüşdə meydan sahibləri 1:0 hesabı ilə “qara qartallar”ı məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
“Fənərbaxça” isə səfərdə “Rizspor”la münasibətlərinə aydınlıq gətirib. İstanbul klubu böyükhesablı qələbəyə sevinib.
Türkiyə kuboku
1/8 final
11 fevral
“Karabükspor” – “Mersin İdmanyurdu” - 2:4
Qollar: Kumbela, 2, Özek, 15 - Pedriel, 3; 90+4, Tita, 69, Kaloğlu, 114
“Bursaspor” – “Başakşehir” – 1:1 (Penaltilər - 3:2)
Qollar: Cinaz, 92 - Batdal, 97
“Kayserispor” – “Beşiktaş” – 1:0
Qol: Taşdəmir, 39-pen
“Rizespor” – “Fənərbaxça” – 1:4
Qollar: Ovacikli, 61 - Kadleç, 24, İrtegin, 68, Topal, 86, Sou, 88