“Bursaspor”un stadionuna “Azərbaycan Arena” adı verilməyəcək
08.01.2016 - 10:56
“Bursaspor”un stadionuna “Azərbaycan Arena” adı verilməyəcək

Türkiyənin “Bursaspor” klubunun yeni stadionu “Azərbaycan Arena” adlanmayacaq. Apasport.az saytı qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, buna səbəb həmin layihə üzrə çalışan prezidentliyə namizədin geri addım atması olub.

 

“Bursaspor”da bu ay keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən Timur Noyan bu posta təyin ediləcəyi təqdirdə 45 min tamaşaçı tutumuna malik yeni stadionun adının “Azərbaycan Arena” ola biləcəyini söyləmişdi. Lakin o, bu gün namizədliyini geri götürdüyünü rəsmən açıqlayıb.

 

Qeyd edək ki, “Bursaspor”da prezident seçkiləri yanvarın 11-19-u aralığında keçiriləcək.