“Çelsi” “Real”ın oyunçusunu istəyir
08.03.2014 - 06:26
“Çelsi” “Real”ın oyunçusunu istəyir

“Çelsi” futbol klubu “Real”ın mərkəz müdafiəçisi Rafael Varanı almaq istəyir. Apasport.az saytının məlumatına görə, londonlular Fransa millisinin 20 yaşlı oyunçusuna görə 25 milyon funt ödəməyə hazırdırlar.

 

Xatırladaq ki, “Real” 2010-cu ildə Varanı “Lans”dan 10 milyon avroya alıb. Onun alınmasında kral klubunun o zamankı baş məşqçisi Joze Maurinyu israr edib. Varan hazırkı mövsümdə zədə səbəbindən ancaq 6 oyunda iştirak edib.