“Çelsi” rəhbərliyi komandanın baş məşqçisi postunu Massimiliano Alleqriyə həvalə etmək niyyətindədi. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, Qus Hiddinklə əməkdaşlığı uzun müddət davam etdirmək istəməyən “zadəganlar” hazırda “Yuventus”un “sükanı” arxasında olan italiyalı məşqçi ilə danışıqlara start veriblər.
İngilislər 49 yaşlı çalışdırıcıya illik 6 milyon funt-sterlinq məvacib verməyə hazırdı. Ancaq bu keçidin baş tutması üçün London klubu ilk növbədə “Yuventus” rəhbərliyi ilə razılığa gəlməlidi. Çünki Alleqrinin “qoca sinyora” ilə 2017-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, əvvəllər “Sassuolo”, “Kalyari”, “Milan” kimi klubları çalışdırmış Alleqri 2014-cü ildən “Yuventus”a rəhbərlik edir.