Argentinalı məşqçi Dieqo Simeone mövsümün sonunda “Atletiko” ilə yolları ayıra bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcı İngiltərə Premyer Liqasında işləməyə namizəddi.
Belə ki, Simeonenin adı “Çelsi” klubu ilə birgə hallanır. Onun “Atletiko” rəhbərliyi ilə görüşdüyü və “zadəganlar”la danışıq aparması barədə onları məlumatlandırdığı bildirilir.
Paralel olaraq, “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri və İtaliya yığmasının baş məşqçisi Antonio Konte ilə də danışıq aparan londonluların Simeoneyə üstünlük verəcəkləri gözlənilir. Bəzi mənbələrdə isə tərəflər arasında ilkin razılığın artıq əldə olunduğu bildirilir.
Simeone “Çelsi”nin sükanı arxasına keçəcəyi halda, ilinə 12 milyon avro məvacib alacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”