“Çelsi” heyətini daha bir braziliyalı futbolçu ilə gücləndirib. Apasport.az saytı xəbər verir ki, London klubu “Atletiko Paranaense”nin yarımmüdafiəçisi Nathanı transfer edib.
19 yaşlı futbolçunun keçidi “zadəganlar”a 4,5 milyon funt-sterlinqə başa gəlib. Dünən yeni klubunda tibbi müayinədən keçən Braziliyanın gənclər millisinin üzvü bu gün rəsmi müqaviləyə qol çəkəcək.
Nathanı hələ 17 yaşı olanda U-17-lər arasında keçirilən dünya çempionatında “Mançester Siti” bəyənmişdi. Lakin ingilislər həmin vaxt Paranaense klubunu razı sala bilməmişdilər.
Qeyd edək ki, gələn mövsümdən “Çelsi”nin formasını geyinəcək Nathan komandanın 5-ci braziliyalı futbolçusu olacaq. Hazırda Villian, Ramires, Luis və Oskar “mavilər”in formasını geyinən “sambaçılar”dı.