“Çelsi” İvanoviçlə yeni müqavilə imzalayacaq
07.03.2015 - 10:42
“Çelsi” İvanoviçlə yeni müqavilə imzalayacaq

“Çelsi” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Branislav İvanoviçin müqaviləsinin müddətini uzatmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, “zadəganlar” serbiyalı müdafiəçiyə yeni birillik sözləşmə təklif ediblər.

 

İvanoviç yeni müqaviləyə qol çəkəndən sonra məvacibi də artırılacaq. Belə ki, o, London klubunda həftədə 125 min avro qazanacaq.

 

Qeyd edək ki, İvanoviç “Çelsi”yə 2008-ci ildə Moskva “Lokomotiv”indən transfer olunub. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 27 oyunda meydana çıxıb və 4 qola imza atıb.