“Çelsi” Məhəmməd Salah transferində razılığa gəldi
23.01.2014 - 21:30
İsveçrə “Bazel”inin futbolçusu Məhəmməd Salah karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.
Belə ki, “Çelsi” 21 yaşlı yarımmüdafiəçinin transferi üçün İsveçrə təmsilçisi ilə 11 milyon avroya razılaşıb. Gənc futbolçunun yaxın günlərdə London klubunda tibbi müayinədən keçib, rəsmi müqavilə imzalayacağı deyilir.
Qeyd edək ki, Misir millisinin də üzvü olan Salah 2012-ci ildə ölkəsinin “Erab Kontraktros” klubundan “Bazel”ə keçib.
0
0