“Çelsi” müdafiəçisini Braziliyaya yolladı
09.01.2016 - 01:18
“Çelsi” müdafiəçisini Braziliyaya yolladı

“Çelsi” müdafiəçisi Uollası Braziliyanın “Qremio” klubuna icarəyə verib. Apasport.az saytının məlumatına görə, bu barədə “zadəganlar”ın rəsmi saytı xəbər yayıb.

 

Braziliya klubu ilə anlaşmaya görə, Uollas mövsümün sonuna kimi bu komandanın şərəfini qoruyacaq.

 

21 yaşlı müdafiəçi “Çelsi”yə 2013-cü ildə böyük ümidlərlə transfer edilsə də, burda möhkəmlənə bilməmişdi. Əvvəlki illərdə müxtəlif klublarda icarə əsasında çıxış edən braziliyalı, cari mövsümün ilk dövrəsini İtaliya “Karpi”sində keçirib.