Fransanın PSJ klubunun hücumçusu Esekyel Lavessi “Çelsi”yə keçə bilər. Apasport.az saytının məlumatına görə, David Luisin Londondan Parisə köçməsindən sonra, argentinalı Lavessi əks istiqamətdə hərəkət edə bilər.
Mənbənin məlumatına görə, “Çelsi” rəhbərliyi PSJ rəsmiləri ilə hücumçunun keçidi ilə bağlı danışıqlara başlayıb. Öz növbəsində Paris klubunun rəhbərliyinin Lavessi ilə bağlı öz planları var. Belə ki, parislilərin baş məşqçisi Loran Blan “Çelsi”nin belçikalı oyunçusu Eden Azara göz dikib. Blan Lavessinin London klubuna satılmasını Azarın alınması ilə bağlamaq niyyətindədir.