“Çelsi” yarımmüdafiəçisini icarəyə göndərdi
23.01.2014 - 23:45
“Çelsi” yarımmüdafiəçisini icarəyə göndərdi

İngiltərə təmsilçisi “Çelsi” futbolçusu Coş Makiçranı icarəyə göndərib. Apasport.az-ın xəbərinə görə, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

 

Belə ki, 20 yaşlı yarımmüdafiəçi “Uiqan”la anlaşıb. O, cari mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.

 

Qeyd edək ki, “Çelsi” futbol məktəbinin yetirməsi olan ingilis futbolçu cari mövsümün birinci yarısını da icarə əsasında “Uotford” klubunda keçirib.