Avropada ilk transfer bombası
24.05.2014 - 04:33
“Çelsi”nin braziliyalı müdafiəçisi Devid Luis Fransanın “Pari Sen-Jermen” klubuna keçib. Apasport.az saytının məlumatına görə, London klubu rəsmi səhifəsində Luisin satıldığını təsdiq edib.
Açıqlamada son sözü Luisin deyəcəyini, tibbi müayinədən keçəndən sonra transferin tam reallaşacağı bildirilir. Məlumata görə, Luis 50 milyon avroya PSJ-yə satılıb. Bu, braziliyalı oyunçunu dünyanın ən bahalı müdafiəçisinə çevirir.
0
0