“Çelsi” yarımmüdafiəni möhkəmləndirəcək
24.05.2014 - 06:13
“Çelsi” David Luisin PSJ-yə satılmasından sonra orta xətti ciddi şəkildə möhkəmləndirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, baş məşqçi Joze Mourinyo yay mövsümündə 3 yarımmüdafiəçi almaq niyyətindədir.
Portuqaliyalı mütəxəssis “Yuventus”un oyunçusu Pol Poqba, “Tottenhem”in futbolçusu Paulinyo və “Atletiko Madrid”in yarımmüdafiəçisi Kokeni almaq istəyir. Onların bir yerdə transfer qiyməti 90 milyon funtdur.
Bundan əlavə, portuqaliyalı baş məşqçi “Atletiko”nun qiyməti 32 milyon funt olan hücumçusu Dieqo Kostanı da almağı düşünür.
0
0