“Çelsi”nin qadın həkimi Eva Karneiro klubdan ayrılıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Karneiro “zadəganlar”ın baş məşqçisi Joze Mourinyonu məhkəməyə verməyə hazırlaşır.
Premyer Liqanın “Suonsi” ilə ilk tur matçında Eden Azara yardım etmək üçün meydançaya daxil olan həkim komandanın 9 nəfərlə qalması səbəbindən Mourinyo tərəfindən sərt şəkildə tənqid edilmişdi. Həmin gündən sonra portuqaliyalı mütəxəssis Karneironun oyunlar zamanı texniki zonada əyləşməsini qadağan etmişdi.
Altı həftəlik çəkişmənin ardından Eva Karneiro “Çelsi”dən ayrılmaq qərarına gəlib. 2009-cu ildən “mavilər”də çalışmış həkim onu təhqir edən Mourinyonu və həmçinin klubu məhkəməyə vermək fikrindədi.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"