İtaliyanın “Kalyari” klubundan ayrıldıqdan sonra işsiz qalan Canfranko Zolanın yeni klubuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bundan sonra Qatarın “Əl-Ərəbi” klubunu çalışdıracaq.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Əfsanəvi futbolçu karyerası ərzində “Kalyari”dən başqa, “Vest Hem” və “Uotford” klublarının da baş məşqçisi olub.
Qeyd edək ki, karyerasının ən yaxşı vaxtlarını “Çelsi”də keçirmiş Zola İtaliya yığma komandasında da parlaq çıxışı ilə yadda qalıb.
O, 1994-cü ildə ABŞ-da keçirilən Dünya Çempionatında İtaliya millisi ilə bürünc mükafat qazanmışdı.