“Çelsi”nin hücumçusu İspaniya millisindən kənarlaşdırıldı
23.03.2015 - 20:25
İspaniya millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, son Avropa çempionlarının hücumçusu Dieqo Kosta yığmanın heyətindən kənarlaşdırılıb.
“Çelsi”nin futbolçusunun millidən uzaqlaşmasına zədəsi səbəb olub. Kostanı "Malaqa"nın futbolçusu Xuanmi əvəzləyib.
Qeyd edək ki, İspaniya AVRO-2016-nın seçmə mərhələsində martın 27-də Ukrayna yığması ilə üz-üzə gələcək.
0
0