“Çelsi”nin keçmiş baş məşqçisi “Spartak”a başçılıq edə bilər
26.05.2014 - 20:58
“Çelsi”nin keçmiş baş məşqçisi “Spartak”a başçılıq edə bilər

“Çelsi”nin keçmiş baş məşqçisi Roberto Di Matteo Rusiyada işləyə bilər. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Moskva “Spartak”ının baş məşqçisi postuna əsas namizəddir.

 

43 yaşlı Di Matteo “Çelsi” ilə bir yerdə Çempionlar Liqasında qalib gəlib. O, London klubu ilə 2012-ci ildə İngiltərə Kubokunu da qazanıb. İtaliyalı mütəxəssis “Çelsi”yə qədər “Milton Kins Dons” və “Vest Bromviç Albion”a başçılıq edib.