“Çukariçki”nin müdafiəçisi: Bu qələbə şirindi
17.07.2015 - 15:52
“Çukariçki”nin müdafiəçisi: Bu qələbə şirindi

“Qəbələ” üzərində qələbəyə sevinirəm. Lakin hesab daha yaxşı ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Çukariçki” klubunun futbolçusu Boyan Osrojiç deyib.

 

Müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunu (1:0) haqda fikirlərini açıqlayıb: “Elə qol imkanlarını boşa verdik ki, onları qaçırmaq olmazdı. Amma 1:0 hesablı qələbə də qiymətli və şirindi. Yaşı oyun göstərdik və növbəti mərhələyə doğru addım atdıq”.