“Mustafa Dənizlinin məni komandasında görmək istəməsindən xəbərim yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “İnter”in müdafiəçisi Ruslan Əmircanov deyib.
Millimizin də üzvü olan müdafiəçi “Xəzər Lənkəran”a keçidindən danışıb: “Müqaviləm mövsümün sonunda başa çatır. Amma əvvəlcə “İnter”lə danışıqlara başlayacağam. Çünki əsas indiki komandamdır. Burada qalmaq istəyirəm. Əgər razılığa gələ bilməsək, başqa komandaların təkliflərinə baxaram. Mustafa Dənizli kimi böyük məşqçinin bizim yerli futbolçuları izləməsi və bəyənməsi qürurvericidir. Əgər dünən məni izləməyə gəlibsə, bu, mənim üçün yaxşı haldır. Təəssüf edirəm ki, zədədən yeni qayıtdığım üçün meydana çıxa bilmədim”.