“Dənizlinin məni komandadan göndərmək istədiyi ilə bağlı xəbərlər yanlışdır”
15.05.2014 - 17:02
“Mustafa Dənizlinin məni komandadan göndərmək istədiyi ilə bağlı xəbərlər yanlışdır”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın aşağı yaş qrupları üzrə koordinatoru İlhan Akgül deyib.
Türkiyəli mütəxəssis “Xəzər Lənkəran”dan getməyəcəyini bildirib: “Bizim Mustafa Dənizli ilə münasibətlərimiz yaxşıdır. O, həmişə aşağı yaş qruplarının oyunlarını izləyir. Təkcə o deyil, Oğuz Çətin də gəlib baxır. Bizim çox söhbətimiz olur. Amma heç vaxt mənim bu klubdan göndəriləcəyim haqqında bir şey deyilməyib. Sadəcə şayiələr çıxarırlar”.
0
0