“Dənizlispor” məğlub oldu, Rail Məlikov ehtiyatda qaldı
07.03.2015 - 22:37
“Dənizlispor” məğlub oldu, Rail Məlikov ehtiyatda qaldı

Bu gün Türkiyə PTT I Liqasında XXIII turun oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” doğma divarlar arasında “Alanyaspor”u qəbul edib.

 

Qarşılaşmada təmsilçimizin komandası 0:1 hesabı ilə uduzub.

 

Bu matçda “18-liy”inə daxil edilən Rail sona qədər ehtiyatda qalıb.

 

Qeyd edək ki, “Dənizlispor” 18 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.