“Dənizlispor” Rail Məlikovsuz yenildi
08.02.2015 - 21:15
“Dənizlispor” Rail Məlikovsuz yenildi

Türkiyə PTT I Liqasının XIX turunda növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçisi Rail Məlikovun formasını geyindiyi “Dənizlispor” səfərdə “Bucaspor”la qarşılaşıb.

 

Görüşdə meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib. Komandasının məğlub olduğu matçda Məlikov meydana çıxmayıb. O, qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyaında keçirib.

 

Qeyd edək ki, “Dənizlispor” 17 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.