“Dinamo”nun məşqçisi: Belə məşqlərdən sonra “Bakı” ilə oynamaq çətindir
25.01.2014 - 13:59
“Biz bu oyunlara məşq kimi yanaşırıq. Uşaqlar yüklənir, biz isə baxırıq ki, görək onlar hansı vəziyyətdədir. Paralel olaraq futbolçular arasında əlaqə də yaranır ”. Apasport.az saytının məlumatına görə, bunu Kiyev “Dinamo”sunun məşqçisi Sergey Fyodorov deyib.
“Bakı” ilə oyunda 1:1 edən Kiyev “Dinamo”su İspaniyadakı ilk toplanışını başa vurdu. Vaxtilə 1997-2008-ci illərdə bu komandanın sağ cinah müdafiəçisi olmuş Fyodorov nəticənin önəm kəsb etmədiyini bildirib: “Başa düşürük ki, belə məşqlərdən sonra oynamaq çətindir və güzəştlər edirik. Başlıca olaraq nəticə dayanmır. Bizə lazımdır ki, ilk 2 həftəlik toplanışda planlaşdırdığımız bütün tapşırıqlar keyfiyyətli şəkildə yerinə yetirilsin”.
Oleq Bloxinin köməkçisi hesabda geri düşsələr də, xarakter nümayiş etdirərək hesabı bərabərləşdirməklərini xüsusi vurğulamağı da unutmayıb: “Biz 0:1 hesabı ilə yenilirdik. Uşaqlar isə qalib gəlmək istəyirdi. Bunun üçün həddindən artıq can yandırmağa başladıq. Ancaq bu heç bir halda bizim hazırlıqlarımıza təsir etmir. Görüş ağır olanda xarakter işə düşür, buna dözmək lazımdır. Ümumilikdə, komanda öz səviyyəsində oyun göstərdi”.
Qeyd edək ki, sözügedən oyunda hesabı 37-ci dəqiqədə Cavid Hüseynov penaltidən açsa da, nigeriyalı Braun İdeye 89-cu dəqiqədə hesabı bərabərləşdirib.

0
0