Vladimir Qranat: “Dinamo”nun oyununda azarkeşlər stadiona daha çox gəlir
04.09.2014 - 22:08
Vladimir Qranat: “Dinamo”nun oyununda azarkeşlər stadiona daha çox gəlir

“Azərbaycanla qarşılaşmada vurduğum qol mənim üçün əla oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin müdafiəçisi Vladimir Qranata məxsusdur.

 

“Dinamo”nun futbolçusu ötən gün Moskvada yoldaşlıq görüşündə komandamızı biabırçı hesabla (4:0) məğlub etməsinindən danışıb: “Çünki mənim sevimli qızlarımın ad günü ərəfəsində qola sevindim. Həmçinin praktik olaraq doğma “Ximki Arena”da oynayırdıq. Bu stadion bizə kömək etdi. Ona görə də qələbə qazandıq. Az sayda tamaşaçıların arenaya gəlməməsi isə ürəyoxşayan deyildi. Komandada zarafat edirdilər ki, “Dinamo”nun oyununda fanatlar stadiona daha çox gəlir”.