“Biz Bakıdakı oyun haqda yox, öz görüşümüz haqda düşünürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasında “Qarabağ”la eyni qrupda çıxış edən “Dnepr”in futbolçusu Nikola Kaliniç deyib.
Xorvatiyalı hücumçu “Sent-Etyen”lə ev qarşılamasında qələbə qazanacaqlarına əmin olduğunu bildirib: “Düzdü, mən Fransadakı oyunda penaltini vura bilmədim. Amma bu futboldu. “Sent-Etyen”i öz meydanımızda udmalıyıq. Çünki bizə ancaq qələbə sərf edir. Çətin olsa da, qrupdan çıxmaq missiyasının öhdəsindən gələ bilərik. Çempionatda da son vaxtlar işlərimiz yaxşı getmir. Amma irəli baxmaq lazımdı. Əgər “Sent-Etyen”ə qalib gəlsək, bütün uğursuzluqlar yaddan çıxacaq. Qələbə qazanacağımız halda, Avroliqada çıxışımızı davam etdirəcəyik. Məqsədimiz də budu”.
Kaliniç “İnter”dən kömək gözləyirsizmi?” sualına belə cavab verib: “Paralel keçəcək qarşılaşmanın nəticəsini oyundan sonra öyrənəcəyik. 90 dəqiqə ərzində isə yalnız öz oyunumuz haqda düşünəcəyik”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı