“Dnepr”in müdafiəçisi “Napoli”yə keçir
24.12.2014 - 00:41
Avropa Liqaının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr”in müdafiəçisi İvan Striniç karyerasını İtaliya A seriyasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinin futbolçusu “Napoli”yə keçir.
27 yaşlı oyunçu Neapol təmsilçisi ilə ilkin razılığa gəlib. Onun yeni müqaviləsi 2018-ci ilə qədər olacaq. İvan “Napoli”də ilinə 1,6 milyon avro məvacib alacaq.
Qeyd edək ki, 2011-ci ildən “Dnepr”də çıxış edən Striniçin müqaviləsi ilin sonunda başa çatacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0