“Dnepr”in seriyaları qırıldı
31.08.2014 - 23:00
“Dnepr”in seriyaları qırıldı

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” Ukrayna çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk təmsilçisi V turun oyununda “Vorskla” ilə qarşılaşıb.

 

Qonaqlar Oleq Barannikin 45-ci dəqiqədəki qolu ilə hesabı açıb. Bu qol ilk 4 turda qapısını toxunulmaz saxlayan “Dnepr”in “quru” seriyasını qırıb.  49-cu penalti zərbəsini dəqiq yerinə yetirən Nikola Kaliniç “Dnepr”i məğlubiyyətdən xilas edib – 1:1.  Bununla da “Qarabağ”ın rəqibinin qələbə seriyası qırılıb. Ardıcıl 4 qələbədən sonra ilk xal itkisi ilə üzləşən komandanın hesabında 13 xal var. Yalnız liderdən – “Şaxtyor”dan iki xal geri qalan “Dnepr” hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.